Preloader

Loading . . .

Limon Dental

Sizin üçün məhsulları daha əl çatan etdi.


Limon Dental


Biz hər gün yüzlərlə insanın sağlam təbəssüm əldə etməsi üçün innovativ yollar təqdim edirik. Şirkətimizin fəaliyyəti xalqımızın mənəvi dəyərləri üzərində qurulub. İnkişafımız boyu bu dəyərlərə bağlı qaldığımıza şahid ola bilərsiniz. Müştəri məmnuniyyətini təmin etmək üçün peşəkar heyətimiz mütəmadi olaraq fərdi və kollektiv inkişafla bağlı səylərini davam etdirir. Şirkət olaraq 2006-cı ildən fasiləsiz fəaliyyət göstəririk. Bir çox dünya brendlərinin ölkəmizdə eksklüziv təmsilçiliyini həyata keçiririk. Bu illər ərzində ölkəmizdə və ölkəmizdən kənarda stomatologiyanın inkişafı ilə bağlı bir çox tədbirlər, seminarlar, ixtisasartırma kursları təşkil etmişik.

Hədəflərimiz (goal)


Pasiyentlərin ağız sağlamlığı və estetikasının təmin edilməsində stomatoloq və texniklərimizi ən son innovativ texnologiya və materiallarla təhciz etmək.


Baxışımız (vision)


Müştəri məmnuniyyətini prioritet bilərək hər zaman öz sahəsində lider olmaq.




Prinsiplərimiz (values)

Keyfiyyət (Quality)

  • “Limon Dental” olaraq tərəf müqabillərimizin gözləntilərini tam təmin etmək;
  • Xidmət səviyyəmizin yüksəldilməsi üçün davamlı yatırım etmək;
  • Alıcılarımız üçün təhlükəsiz və komfortlu iş şəraiti yaratmaq;
  • Effektiv idarəetmə sisteminə sahib olmaq.

Sürət

  • Müştərilərimizi razılaşdırılmış vaxt çərçivəsində keyfiyyətli məhsullarla təhciz etmək;
  • Servis xidmətinin maksimal sürətini təmin etmək.

Cavabdehlik

  • Satış və servisdən sonra davamlı olaraq alıcılarımızı operativ texniki və informativ dəstəklə təmin vermək.

Hörmət

  • Alıcılarımızın bütün istəklərinə həssaslıqla yanaşaraq əməkdaşlığımızın bizim üçün nə qədər önəmli olduğunu daim əməli olaraq hiss etdirmək.

Etibarlılıq

  • “Limon Dental” olaraq tərəf müqabillərimizin etibarını qazanmaq ən əsas hədəflərimizdən biridir.

Jane

Adil Məmmədov

Direktor & şirkətin təsisçisi

info@limondental.com

Mike

Tural Mehdiyev

Maliyyə direktoru

tural@limondental.com

John

Qüdrət İsmayılov

Satış üzrə direktor

qudrat.ismayilov@limondental.com